Bakıda şirkətə BASQIN:  Şüşələri qırıb...
07 mart 2023 14:23 (UTC +04:00)

Bakıda şirkətə BASQIN: Şüşələri qırıb...

Bakıda şirkətə basqın olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə,  hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən "HN-Construction" şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq, əmlakı zədələyiblər. 

Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədib. Bu barədə polisə məlumat verilib. 

Faktla bağlı Binəqədi ayon Polis İdarəsi tərəfindən araşdırılma aparılır.

# 3219
avatar

Sevinc Fərid

Oxşar yazılar