Bakıda stomatoloq arvadını döydü: cinayət işi AÇILDI
03 sentyabr 2026 13:28 (UTC +04:00)

Bakıda stomatoloq arvadını döydü: cinayət işi AÇILDI

0

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Stomatoloji Poliklinikaların birində stomatoloq işləyən 41 yaşlı Çingiz Abutalıbov (şərti adla) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadının üzünə sillə vurub. Zərbənin təsirindən qadın yıxılaraq, paltar dolabına dəyib. Nəticədə o, bir sıra xəsarətlər alıb. Zərərçəkənin şikayəti əsasında Çingiz Abutalıbov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Məlumata görə, ər-arvad arasında mübahisə pul üstündə yaranıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisə zamanı əvvəlcə arvadına uşaqların yanında onun üzünə 3 dəfə tüpürüb və nalayiq ifadələrlə təhqir edib. Bundan sonra arvadını vurub. Qadın yenidən üzərinə gələndə isə əli ilə itələyərək “bəsdir, əl çək” deyib.

Ç. Abutalıbov ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən qadın isə əri ilə barışmadığını və ona qanuni cəza verilməsini istədiyini bildirib.

Məhkəmənin qərarı ilə Ç. Abutalıbov 1000 manat miqdarında cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar