Bakıda yol üstündə  öldürülən maklerin   oğlu DANIŞDI
27 noyabr 2025 17:28 (UTC +04:00)

Bakıda yol üstündə öldürülən maklerin oğlu DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib. Şahid Səbuhi Əliyev mübahisənin sözlü münaqişə ilə başladığını deyib:

"Dava maşın qapısının bir-birinə dirənib açılmamasına görə baş verdi. Hamı bir-biri ilə mübahisəyə, əl-qol hərəkətləri ilə dava etməyə başladı. Maksim dedi ki, nömrə ver, görüşərik sonra. Hər ikisi bir-birinə nömrə verdilər. Maksim mənə də xəsarət yetirdi, məqsədi öldürmək idi. Atamı öldürdüsə, məni də öldürmək onun üçün nə idi ki?".

Təqsirləndirilən M. Əhmədov isə deyilənlərlə razılaşmadığını, S. Əliyevi yaralamadığını, məqsədinin sadəcə onu qorxutmaq olduğunu bildirib.

Məhkəmə növbəti şahidlərin dindirilməsi üçün növbəti prosesi 25 dekabr 15:00-a təyin edib.

Xatırladaq ki, 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar