Doğum günündə ərini öldürən qadına 1,6 il HƏBS CƏZASI
02 aprel 2026 12:39 (UTC +04:00)

Doğum günündə ərini öldürən qadına 1,6 il HƏBS CƏZASI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nərgiz Quliyevanın 12 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən Nərgiz Quliyevanın təqsirləndirildiyi  CM-nin 120.1-ci maddəsindən CM-nin 124-cü maddəsinə tövsiv edilərək 1il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Məlumata görə, 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiq Quliyevi bıçaqlayaraq qətlə yetirib. İlkin məlumatlara səbəb münaqişəyə səbəb zərərçəkən şəxsin ad günündə ailəsi ilə birgə spirtli içki içməsi və yoldaşının ona bu səbəbə görə irad bildirməsi olub. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və Nərgir Quliyevaya Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar