Zabratda qətlə yetirilən 29 yaşlı oğlanla bağlı AĞIR CƏZA  tələbi
02 aprel 2026 12:00 (UTC +04:00)

Zabratda qətlə yetirilən 29 yaşlı oğlanla bağlı AĞIR CƏZA tələbi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın CM-nin 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçdiyini elan edib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər - Leyla Abbasovanın 17  il, Zahir Soltanovun 19 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Növbəti proses 16 aprel saat  10:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar