“Yeni Klinika”da ölümə səbəb olan ginekoloqa HÖKM OXUNDU
09 aprel 2026 12:36 (UTC +04:00)

“Yeni Klinika”da ölümə səbəb olan ginekoloqa HÖKM OXUNDU

0

Bu gün Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə “Yeni Klinika”da qadının əməliyyatda qanaxmadan ölməsi ilə bağlı ginekoloq Sevinc Məmmədovanın təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi ginekoloq Sevinc Məmmədovanın 2 il, 6 ay azadlığın məhdudlaşdırılması  barədə hökm elan edib.

Xatırladaq ki, Nizami rayon Prokurorluğunun məlumatına görə, “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika” PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar