Məşhur aparıcıya təkəbbürlü MESAJ:  cavabı daha da şokedicidir
08 aprel 2026 18:51 (UTC +04:00)

Məşhur aparıcıya təkəbbürlü MESAJ: cavabı daha da şokedicidir

0

Çempionlar Liqasının aparıcısı Eva Murati istifadəçinin "Mən bu hissəni atlayıram" şərhinə "Qızlar da səni atlayır" cavabı sosial mediada böyük ajiotaj yaradıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Çempionlar Liqası verilişlərinin tanınmış aparıcılarından biri olan Eva Murati sosial mediada paylaşılan şərhə verdiyi cavabla manşetlərə çıxıb. Gözəl və baxımlı aparıcı izləyicilərinin sözlərinə biganə qalmayıb.

Bir “Instagram” istifadəçisinin "Mən adətən bu hissəni buraxıram" şərhi tez bir zamanda diqqəti cəlb edib. Murati bu ifadəyə dərhal cavab verib.

 

Məşhur aparıcı şərhə "Qızlar da adətən səni buraxırlar" deyərək cavab verib. Muratinin cavabı tez bir zamanda sosial mediada yayılıb və istifadəçilər tərəfindən geniş paylaşılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar