Keçmiş məhkum həmkəndlisini GÜLLƏLƏDİ
21 fevral 2022 13:44 (UTC +04:00)

Keçmiş məhkum həmkəndlisini GÜLLƏLƏDİ

Astara rayon Polis Şöbəsinə fevralın 19-da Siyətük kənd sakini Ü.İmaməliyevin odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ü.İmaməliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov saxlanılıb, ondan qanunsuz saxladığı “İJ-26” markalı ov tüfəngi və 6 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1593
avatar

Mehman Nəbiyev

Oxşar yazılar