Biləsuvarda 11 nəfər  qidadan zəhərləndi - YENİLƏNİB -YENİLƏNİB
30 sentyabr 2026 12:45 (UTC +04:00)

Biləsuvarda 11 nəfər qidadan zəhərləndi - YENİLƏNİB-YENİLƏNİB

0

Cəlilabadda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimində 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.

***
10:57

Cəlilabad rayonunun bir neçə sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən zəhərlənmə hadisəsi nəzarətdədir:

"Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
İlkin araşdırma zamanı hadisənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.

AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər". 

***

10:18

Sentyabrın 29-da saat 23 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

TƏBİB-dən Lent.az-a bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

***
01:23

Cəlilabad rayonunun bir neçə sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərin sayının 10 nəfər olduğu və onların arasında uşaqların da olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər Biləsuvar rayonunda əsgər yolasalma mərasimində iştirak ediblər. Ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda qəbul etdikləri qidadan zəhərləndikləri ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1658

Oxşar yazılar