Kənddə  DƏHŞƏT:   3 nəfəri öldürdü, 2 uşaq...
22 yanvar 2022 11:49 (UTC +04:00)

Kənddə DƏHŞƏT: 3 nəfəri öldürdü, 2 uşaq...

Omsk vilayətinin Pavloqrad rayonunun Yuryevka kəndində fərdi evdə dəhşətli qətl hadisəsi baş verib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, naməlum şəxs 3 nəfəri öldürüb, evdə olan iki uşaq isə qaça bilib.

İlkin məlumatlara görə, yanvarın 22-də səhər saatlarında evlərin birində zorakılıqla ölüm əlamətləri olan kişi, qadın və 11 yaşlı yeniyetmənin meyitləri aşkar edilib. Öldürülən qızın uşaqlıqdan əlil olduğu bildirilir. Evdə olan 14 yaşlı qız və onun 6 yaşlı qardaşı isə qonşuya qaçaraq xilas ola biliblər. 

Hazırda hadisə yerində araşdırma aparılır. 
 

# 2409
avatar

Oxşar yazılar