Narkotacir  "Kalaşnikov" avtomatlarını   bacısı oğlunun evində gizlətdi
17 yanvar 2022 23:18 (UTC +04:00)

Narkotacir "Kalaşnikov" avtomatlarını bacısı oğlunun evində gizlətdi

Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitə ilə tutulmuş R.Əkbərovun ətrafında əməliyyat tədbirləri aparıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə onun qanunsuz  əldə edib bacısı oğlu A.Cəfərlinin evində saxladığı 2 ədəd “AKSU-74” markalı avtomat silahı, 3 ədəd patron darağı, 12 ədəd patron, 1 ədəd snayper silahına aid uzaq görmə cihazı aşkar edilərək götürülüb.

# 1578
avatar

Mehman Nəbiyev

Oxşar yazılar