Qol saatına görə qohumunu bıçaqlamışdı – AĞIR CƏZA TƏLƏBİ
04 sentyabr 2026 10:46 (UTC +04:00)

Qol saatına görə qohumunu bıçaqlamışdı – AĞIR CƏZA TƏLƏBİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qohumuna bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlandığını elan edib.

Daha sonra çıxış edən dövlət ittihamçısı Azad Əliyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses sentyabrın 18-nə təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 15-də Bakının Kürdəxanı qəsəbəsində baş verib.

İttihama görə, mübahisəyə Azad Əliyevin Röyal Mustafayevdən müvəqqəti götürdüyü qol saatını geri qaytarmaması səbəb olub.

Azad Əliyev R.Mustafayevin qohumları ilə yaşadığı evin qarşısına gələrək onu həyətə çağırıb. Tərəflər arasında yaranan mübahisə zamanı A.Əliyev cibindən çıxardığı bıçaqla R.Mustafayevin böyründən iki dəfə vuraraq onun sağlamlığına ağır zərər yetirib.

Faktla bağlı cinayət işi başlanılıb. Azad Əliyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar