Sumqayıtda 71 yaşlı kişi oğlunu bıçaqladı   - YENİLƏNİB
31 avqust 2026 22:32 (UTC +04:00)

Sumqayıtda 71 yaşlı kişi oğlunu bıçaqladı - YENİLƏNİB

0

Sumqayıtda atası tərəfindən bıçaqlandığı iddia olunan oğlanın vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Lent.az-a verilən məlumata görə, 1998-ci il təvəllüdlü şəxs (kişi) avqustun 30-da saat 20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona qarın divarının açıq yarası diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.

Hazırda pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

***

18:03

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mübahisə zəminində Sumqayıt sakini 1998-ci il təvəllüdlü Təhmasib Novruzov bıçaqlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, atası 71 yaşlı Nadir Novruzov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 666

Oxşar yazılar