11 illik arzusu  gerçəkləşdi:   Serenay Sarıkaya Ajda Pekkanla duet oxudu  - VİDEO
07 noyabr 2026 10:23 (UTC +04:00)

11 illik arzusu gerçəkləşdi: Serenay Sarıkaya Ajda Pekkanla duet oxudu - VİDEO

0

Türkiyəli məşhur aktrisa Serenay Sarıkayanın 11 illik arzusu gerçəkləşib.

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Netflix" platformasının Türkiyədə fəaliyyətinin 10 illiyi münasibətilə təşkil olunan tədbirdə məşhur müğənni Ajda Pekkan və aktrisa Serenay Sarıkaya eyni səhnəni bölüşüblər.

Gecənin ən yaddaqalan anlarından biri iki məşhurun birlikdə mahnı ifa etməsi olub. Onların duet oxuduğu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Duetdən sonra Serenay Sarıkayanın illər əvvəl verdiyi müsahibə yenidən gündəmə gəlib. Belə ki, aktrisa 2015-ci ildə müsahibələrinin birində Ajda Pekkanla duet oxumaq istədiyini bildirib. Aradan 11 il keçdikdən sonra onun bu arzusu gerçəkləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar