990 milyonluq qumar: Haluk Levent və 22 nəfər məhkəməyə göndərildi
15 iyul 2026 13:19 (UTC +04:00)

990 milyonluq qumar: Haluk Levent və 22 nəfər məhkəməyə göndərildi

0

İstanbul Respublika Prokurorluğunun Ahbap Dərnəyinə qarşı apardığı istintaqda hüquqi proses sürətlənib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, "dərnəklər haqqında qanunun pozulması", "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" və "cinayətkar təşkilata üzvlük" ittihamları ilə Bursada saxlanılan dərnək sədri Haluk Levent də daxil olmaqla, ümumilikdə 23 nəfər məhkəməyə göndərilib.

990 milyon lirəlik mərc

İstintaq materiallarında yer alan maliyyə detalları diqqət çəkib. Aparılan araşdırmalar zamanı Haluk Leventin 2020–2026-cı illər arasında ümumilikdə 990 milyon lirə məbləğində mərc oynadığı və bu müddətdə 390 milyon lirə itirdiyi müəyyən edilib. Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin araşdırmaları zamanı daha bir mühüm fakt aşkarlanıb. Belə ki, Ahbap Dərnəyinin rəsmi hesabından Haluk Leventin köməkçisi Yeliz Kayanın hesabına 120 milyon lirə köçürüldüyü müəyyən edilib.

Xəstəxana çıxışından görüntülər

İstintaq çərçivəsində saxlanılan şəxslərdən biri polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra sərbəst buraxılıb. Haluk Levent də daxil olmaqla 23 şübhəli isə məhkəmə prosesindən öncə tibbi müayinə üçün xəstəxanaya aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar