Bu  FACİƏDİR:   Məşhur aktrisa 9 uşağını itirib
25 iyun 2022 09:25 (UTC +04:00)

Bu FACİƏDİR: Məşhur aktrisa 9 uşağını itirib

Amerikalı aktrisa Şeron Stoun doqquz uşağını doğuş zamanı itirdiyini etiraf edib.

Lent.az bildirir ki, bu barədə “People” nəşri məlumat yayıb.

“Biz qadınların bu itkinin dərinliyini müzakirə etmək üçün meydanımız yoxdur. Düşmələri nəticəsində doqquz uşağı itirdim”, - Stoun deyib.

Aktrisanın qan övladı yoxdur, yalnız övladlığa götürülmüş uşaqları var. Ümumilikdə Stoun üç oğlan uşağı övladlığa götürüb: 2000, 2005 və 2006-cı illərdə Roen Cozef, Lerd Vonna və Kuinna Kelli.

“Bu, ciddi problemdir. Bir növ uğursuzluq hiss edərək, bunu tək və gizli şəkildə keçməliyik", - aktrisa vurğulayıb.

# 3291
avatar

Oxşar yazılar