Türkiyəli müğənni və aktrisa Hülya Avşar uzun fasilədən sonra teatr səhnəsinə qayıtmağa hazırlaşır.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
Avşar “Kanlı Nigar Müzikali”nin baş rolunda çıxış edəcək. O, əsərin mərkəzində dayanan güclü, üsyankar və cazibədar Nigar obrazını canlandıracaq.
Layihənin digər aktyorlarının adlarının mərhələli şəkildə açıqlanacağı bildirilib.