Bülent Ərsoyla Sacit Polat arasında  QALMAQAL:   "Düş yaxamdan!"
06 oktyabr 2022 20:46 (UTC +04:00)

Bülent Ərsoyla Sacit Polat arasında QALMAQAL: "Düş yaxamdan!"

"Sən atanın dövründən bitmisən, mən isə hər dövrün sənətçisi, əlçatmaz ulduzu oldum. Eyni alqış, eyni sevgi seli, eyni ehtişam və tələb edilən layihələrdən layihələrə qaçanam, şükürlər olsun. Şöhrətimlə yazı yazıb üstün olmağa çalışma, yazıq Sacit".

Lent.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy sosial mediada paylaşdığı bir postda onu təhqir edən Sacit Polat haqqında deyib. 

İfaçı Sacit haqqında həmişə susduğunu desə də, artıq təhqirlərə göz yummayacağını bildirib:

"Bu günə qədər şəxsim və sənət dünyasının bəzi simaları üçün zaman-zaman yazmış olduğun qəliz yazıların oldu. Amma səni heç diqqətə almadığım üçün həmişə susdum. Çünki mənim üçün önəmin yoxdur. Əsas məsələ möhtərəm xalqım, fədakar, vəfalı, müstəsna dinləyicilərim haqqında ayrıseçkiliklə, yanlış düşüncənlə yazdığın şərhlər ilə həddini aşdın. Bu zamana qədər qeyd olunan möhtərəm dinləyicilərim olanda cavab verməməyim sənə deyil, dinləyicilərimə hörmətimdəndir!

Sacit bəy, keçmişdə yaşayan mən deyiləm, sənsən. Yalan və yanlış ifadələrinlə xalqı iqtisadi ölçü ilə seçib bunu mənə "sırıya" bilməzsən. Oradakı danışdığım mətnim açıq-aşkar ortadadır. Danışanda təktərəfli ləğv etdiyim açıq hava konsertim haqqında bəzi bir ovuc qərəzli qısqanclığı, pis niyyətli adamların tezislərini çürütmək adına danışmısan: 50 illik sənət fəaliyyətimdə biletlərimin heç satılmaması səbəbi ilə konsertlərimin ləğvi yaşamadım. Qaldı ki, Polat Yağcı bəy ilə aramızda yaşanılan anlaşmazlıq səbəbi ilə konserti təxirə salmağıma, 200-300 lirə ilə girilən açıq hava konsertlərini doldura bilməmək tam tərsinə, ən bahalı hesabların alındığı o balıq kürüsü ilə dolu qazinolarda belə, qapıların çölünə qədər doldurduğumu bildirmək istəyirəm.

Dediklərim insanların alıcılıq qabiliyyətini aşağılamaq deyil, öz ulduzluğumun gücünü bildirmək adına etdiyim bir söylənti idi. Amma sənin qəlbin pisdir. İşinə gələndə, yazıb mənim adımla diqqət cəlb edirsən. Sənmi imkansızın dostusan? Sənmi yaxşılıq timsalısan? Sənmi dürüstsən? 
 
Sənin atanın zamanında nə işlər gördüyünü, necə yaşadığını əsla mənə danışdırma, itirən sən olarsan. Düş yaxamdan. Adımla, şöhrətimlə yazı yazıb özünü üstün göstərməyə çalışma, yazıq Sacit Aslan!".

Qeyd edək ki, Sacit Aslan Türkiyədə tanınan məşhur kazinoçu Fahrettin Aslanın oğludur. 

# 3228
avatar

Nigar Namiq

Oxşar yazılar