Əməkdar artist qazandığı PULLARDAN  danışdı
23 iyul 2022 14:41 (UTC +04:00)

Əməkdar artist qazandığı PULLARDAN danışdı

Əməkdar artist Lalə Məmmədova "Günün sədası" proqramında qonaq olub. 

Lent.az xəbər verir ki, müğənni özü ilə bağlı süjeti izləyərkən kövrəlib. Əməkdar artist qazandığı pullardan danışıb:

"Özümü heç vaxt xanəndə hesab etməmişəm, amma muğam oxumuşam. Aktrisa da deyiləm, amma baş rolu canlandırmışam. Ağacdı, yarpaq kimi aça-aça ucuna doğru gedirəm. Nə gözəl ki, həyatım boşa getməyib. Baxıram 10 il əvvəlki işlərimə və mənə bu şansı verən şəxslərə təşəkkür edirəm. Bütün həyatım boyu ən zərif, zəyif yerim musiqi olub. Qazandığım pullarla villa tikməmişəm, şəhərin bir neçə yerində evim yoxdur, bahalı maşın sürmürəm. Studiyalarda qoyduğum pullara şəhərdə bir neçə ev alardım".

# 3615
avatar

Oxşar yazılar