Xalqın tələbi ilə  seks festivalı   ləğv edildi
25 aprel 2024 20:00 (UTC +04:00)

Xalqın tələbi ilə seks festivalı ləğv edildi

Cənubi Koreya tarixində ilk və ən böyük seks festivalına ev sahibliyi etməyə hazırlaşırdı. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə,  sabah keçiriləcək festival  xalqın tələbi ilə  starta 24 saat qalmış ləğv edilib. 

Qonaqlar ictimaiyyətin hücumuna məruz qalacaqlarını və həyatlarının təhlükə altında olduğunu düşünərək festivaldan geri çəkiliblər.

Festivalın hər iki cins üçün eyni məqsədlər güdmədiyi bildirilib və fəallar təşkilatçıları qadınları istismar etməkdə ittiham ediblər.

Festivala bilet alan insanlar pulun geri qaytarılmasını tələb etməyə başlayıblar.

Təşkilatçılar isə bildiriblər  ki, hər bir inkişaf etmiş ölkədə seks festivalı keçirilir, lakin Cənubi Koreyada  böyüklər üçün əyləncə mədəniyyəti yoxdur”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7848
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar