Türkiyəli müğənni Gülbən Ergen yay mövsümünü Bodrumda açıb.
Lent.az yerli mətbuata istinadla xəbər verir ki, məşhur ifaçı mövsümün yorğunluğunu çıxarmaq üçün Gündoğan bölgəsində yerləşən çimərliklərdən birinə yollanıb.
Leopard naxışlı bikini seçən Ergen gün ərzində şezlonqda günəş vannası qəbul edib, dənizə girməyib.
Məşhur sənətçi bir ara yanına gələn balaca pərəstişkarları ilə də səmimi söhbət edib və onlarla yaxından maraqlanıb.



