“Meryem Üzerli və Hande Erçeli mən  məşhur etdim” - Aktrisa
15 mart 2024 14:00 (UTC +04:00)

“Meryem Üzerli və Hande Erçeli mən məşhur etdim”- Aktrisa

Türkiyəli aktrisa Hülya Duyar maraqlı açıqlama verib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, məşhur aktrisalar Hande Erçel və Meryem Üzerlini özü kəşf etdiyini bildirib.

“Mən o zaman kastinq direktoru idim. “Möhtəşəm yüz il” serialı çəkiləndə  rejissor məndən heç tanınmamış bir aktrisa istədi, o zaman Məryəmin təqdimatını verdim. Məryəm Almaniyada teatrda çalışırdı. Hande Erçeli isə tam təsadüfi tapdım. Bir rəfiqəsi ilə aktyor agentliyinə gəlmişdi, təklif etdim, “Tatar Ramazan” serialında qonaq aktrisa kimi 3 bölümə çəkildi və beləcə yolu açıldı”, - o bildirib.

O nə Məryəmin, nə də Handenin hazırda ona qarşı xüsusi münasibətlərinin olmadığını bildirib:

“Məşhurluğun qapılarını onlar üçün mən açdım. Lakin aramızda elə bir yüksək münasibətlər yoxdur. Demək olar ki, görüşmürük”.


 

# 6816
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar