Məşhur müğənnidən   ŞOK açıqlama   - Yadplanetlilər  dişlərimi   oğurladılar
18 mart 2024 17:58 (UTC +04:00)

Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar

Rusiyalı müğənni Katya Lel yadplanetlilərin dünyanı  növbəti dəfə nüvə müharibəsindən xilas etdiyini bildirib.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, teleproqramlardan birində başına gələn qeyri-adi hadisə barədə danışan 47 yaşlı müğənni qeyd edib ki, bəşəriyyət daha ali varlıqların əlində oyuncaqdır və sınaq müddəti keçir.

“Kainat qanunlarına görə, onların insanların daxili işlərinə qarışmaq hüququ yoxdur, yox, amma bəşəriyyət indi olduğu kimi özünü məhv etmək ərəfəsində olanda yadplanetlilər məsələyə qarışır və  planetin tamamilə məhv olmasının qarşısını alırlar. Onlar insanlığı bir dəfədən çox nüvə müharibəsindən xilas ediblər”, - ifaçı qeyd edib. 

Daha əvvəl Katya Lel rusiyalı balerina Anastasiya Voloçkovanı yadpalnetlilərdən aldığı xüsusi güc sayəsində sağaltdığını bildirmişdi. 

Müğənni illər əvvəl dişlərini yadplanetlilərin oğurlaması hadisəsindən danışıb. Onun sözlərinə görə, yadplanetlilərlə görüş onun 16 yaşında olarkən baş verib .

“Ailəmizlə  mətbəxdə qəhvə içərkən pəncərəmizin önündə yaşıl işıq göründü. Bizim  üçün sanki zaman donmuşdu, özümüzə gələndə yalnız işığı gördüyümüz anı xatırlayırdıq. “Bacım mənə dedi: “Ağzını aç, dişlərin yoxdur”. Dişlərim bir anda ağrısız, qansız yox olmuşdu. Biz hər şeyi gördük, yaddaşımız silinmədi”, - müğənni bildirib.

Ulduz əlavə edib ki, bir müddət sonra özünü yadplanetli kosmik gəmidə görüb və orada onların söhbətlərini eşidib.

Qeyd edək ki, Lel dəfələrlə yadplanetlilərlə təması barədə danışsa da, maqazin xəbərçiləri bunu diqqət çəkmək üçün açılmış söhbət hesab edirlər.

# 3906
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar