Mina Hüseyn:  "Bundan sonra qapalı geyinəcəm" - VİDEO
28 dekabr 2022 12:04 (UTC +04:00)

Mina Hüseyn: "Bundan sonra qapalı geyinəcəm" - VİDEO

İki ay əvvəl qalmaqallı boşanması ilə gündəmə gələn müğənni Mina Hüseyn yeni açıqlaması ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "7 Canlı" proqramında bundan sonra qapalı geyimlərə üstünlük verəcəyini etiraf edib. Bundan başqa, ifaçı boşanmasına da aydınlıq gətirib:

"Öz tərzimi seçmişəm ki, artıq qapalı geyinəcəyəm. Sənət eşqi ilə yanıb-tutuşan biri kimi çox peşmanam ki, ailə quraraq zamanımı itirdim. Bir tərəfdən də peşmanam ki, kaş belə olmayaydı. Məni başa düşən, yaxşı bir insan çıxardı qarşıma. Ailəni və sənəti bir yerdə idarə edə biləydim. Bunlara görə peşmanam. Kaş ki, o insanla yollarımı birləşdirməzdim. Tamamilə bitdi hər şey. Hər bir xanım ana olmalıdır. Hər bir insanın ailəsi olmalıdır". 

Qeyd edək ki, Mina Hüseyn Sərxan Həsənov adlı şəxslə bu ilin mart ayında evlənib. 

Mina Hüseyn

# 3963
avatar

Nigar Namiq

Oxşar yazılar