Nikol Kidmana  “Ömür boyu uğur mükafatı” verildi
29 aprel 2024 14:03 (UTC +04:00)

Nikol Kidmana “Ömür boyu uğur mükafatı” verildi

“Oskar” mükafatlı aktrisa Nikol Kidmana “Ömür Boyu Uğur Mükafatı” verilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu mükafat ona Amerika Film İnstitutu  tərəfindən  layiq görülüb.

Hollivud şəhərində keçirilən mərasimdə Kidmana bu mükafatı  AFI Lifetime aktrisa Meril Streep təqdim edib.

Kidman səhnədəki çıxışında “Film çəkmək bir imtiyazdır” deyib və sevinc göz yaşlarını saxlaya bilməyib.

Tədbirdə Kidmanı həyat yoldaşı, müğənni Keyt Urban müşayiət edib.
 

# 2229
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar