Şeron Stoun bu yaşında soyundu-FOTO
28 avqust 2022 14:15 (UTC +04:00)

Şeron Stoun bu yaşında soyundu-FOTO

Hollivud aktrisası Şeron Stoun çimərlik geyimində fotosunu sosial şəbəkədə paylaşıb.

Lent.az-ın xəbərinə görə, 64 yaşlı aktrisa evində güzgü qarşısında rəngli bikini ilə poza verib.

“Niyə həmişə yay bitəndə formada oluram?”, - deyə aktrisa yazıb.

Pərəstişkarları aktrisanın çox gözəl və formada olduğunu yazıblar.

Qeyd edək ki, Şeron Stoun 2001-ci ildə insult keçirib, həkimlər onun həyatını çətinliklə xilas ediblər. “Əsas instinkt”-in ulduzu uşaqlıqdan şəkərli diabetdən də əziyyət çəkir. Ancaq səhhətindəki problemlərə baxmayaraq, aktrisa heç vaxt idmanla məşğul olmağı dayandırmır. Hazırda Şeron Stoun yoqayla da məşğuldur. Eyni zamanda qidalanmasına xüsusi diqqət yetirir, spirtli içki içmir.

 

 

# 9447
avatar

Oxşar yazılar