Tam bir  rəzalət  - "Mehmed: Fetihler Sultanı" serialında yataq səhnəsi QALMAQALI
18 fevral 2026 10:14 (UTC +04:00)

Tam bir rəzalət - "Mehmed: Fetihler Sultanı" serialında yataq səhnəsi QALMAQALI

0

 Türkiyədə ciddi reytinq toplayan “Mehmed: Fetihler Sultanı” serialının son bölümündə yer alan “gəlin gecəsi” səhnəsi izləyicilərdən və tarixçilərdən güclü tənqidlər aldı.

Gərgin reaksiya

Lent.az xaric mediaya istinadən xəbər verir ki, serialda baş rolda olan Serkan Çayoğlunun yer aldığı səhnə, xüsusilə saray həyatı və hərəm qaydalarının nümayişi ilə tarixi gerçəkliklə uyğunlaşdırılmadığı üçün hədəf oldu.

Tarixçi Ahmet Şimşirgildən sərt tənqid

Mübahisəli səhnəyə ən kəskin reaksiyanı tarixçi və akademik Ahmet Şimşirgil verdi. O, səhnədə göstərilən hərəm həyatının tamamilə uydurma olduğunu və tarixi dəyərləri zədələdiyini bildirdi.

Şimşirgil saray ənənələrinin gözardı edildiyini vurğulayaraq dedi: “Bu, Osmanlı hərəmidir? Hərəm sözünün mənasını belə bilirsinizmi?”

“Rəzalət və hədsizlik”

O, xüsusən hərəm ağalarının padşah və həyat yoldaşının yanında təsvir edilməsini “rəzalət” adlandırdı. Tarixçi saray protokol qaydalarını xatırladaraq soruşdu:

“Sarayda hərəm ağalarının hansı səlahiyyətli olduğunu bilirsinizmi? Padşahın yanında həyat yoldaşı var ikən hərəm ağasına gəl demək mümkündürmü? Bu tamamilə biabırçılıqdır.

Qeyd edək ki, mübahisələrlə davam edən son bölümündə əsas mövzu budur ki, Sultan Mehmed, geniş bir səfər hazırlığı aparır. Mahmud Paşanın divana qayıdışı saraydakı güc tarazlığını sarsıdır və Sultan Mehmedin Ragusa prensesi Rose ilə siyasi evliliyi hərəm daxilində gərginliyi artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar