"8 gün bağlı otaqda ac qalmışam" - Xanımından məşhur rəqqasa ŞOK İTTİHAMLAR  - YENİLƏNİB
02 oktyabr 2026 12:00 (UTC +04:00)

"8 gün bağlı otaqda ac qalmışam" - Xanımından məşhur rəqqasa ŞOK İTTİHAMLAR - YENİLƏNİB

0

Avtomobildə xanımına şiddət göstərən Nicat Azadlıya cinayət işi açılıb.

DİN mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Lent.az-a bildirib ki, sözügedən hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb.

Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

***
11:20

Məşhur rəqqas Nicat Azadlının həyat yoldaşı onun tərəfindən zorakılığa məruz qaldığı iddia edib.

Lent.az xəbər verir ki, qadın bu barədə ittihamlarını övladının adına olan sosial şəbəkə hesabında yazıb. 

O, N.Azadlını bətnində olan övladını öldürməkdə günahlandırıb:

"Dəfələrlə döyən, ailəsi ilə birlikdə təhqirlər edən, dünyaya gəlməmiş öz övladını öldürən bu insan niyə əli-qolu rahat bir şəkildə gəzir? Budur haqq-ədalət? Haqq-ədalət hərbi bileti saxta formada düzəldib hərbiyə yararlı olduğu halda saxtakarlıq eləyən insandadır? Haqq-ədalət öz övladına dəfələrlə yaşatdığı travmadır? Niyə? Məhkəmədə yalandan rola girib özünü təmizə çıxarmaq istəyən, məhkəmədən sonra mənim heç kimdən qorxum yoxdur deyən adam niyə əli-ayağı sərbəst şəkildə gəzir? Niyə mənim də, övladımın da haqqı yerə vurulur? Hanı haqq-ədalət? Niyə susulur bizim bu yaşadıqlarımıza? Bir insanın dırnağını çıxartmaq nə deməkdir? Bu qədər yaşanan şeylərdə niyə hüquqlarım tapdalanır? Niyə bu vəhşiliyi edən insan rahat şəkildə hərəkət edir? Şokdayam. Bu nə deməkdir? Bu necə rahatlıqdır? Dırnağını çıxarmaq. Və məhkəmədən əli-qolu rahat çıxıb”.

O, həmçinin yaşadığı zorakılığı əks etdirən görüntülər paylaşıb. Görüntülərdə N. Azadlının maşında arxa oturacaqda qucağında övladı ilə əyləşən xanımına şiddət göstərdiyi əks olunub. Qadın bildirib ki, sözügedən görüntülərin hüquq-mühafizə orqanlarına təqdim edilməsindən sonra N.Azadlı 1500 AZN məbləğində cərimə edilib.

Qadının iddialarına görə, N.Azadlı öz tələbəsinin anası ilə sevgili olub:

"Bu insan öz əlləri ilə tələbəsinin anası ilə (2 uşaqlı ana) yazışmalarını gətirib mənə göstərdi ki, mənim sevgilim var və mən bu qızı sevirəm. Bunu ailəsi də bildi, amma susdu. Mənim döyülməyimə belə sakit qaldılar".

Qadın 8 gün ac halda bağlı otaqda qaldığını da söyləyib:

"Kim mənim yaşadığım ağrılı günlərdə yanımda idi? Mənim o evdə 8 gün ac, bağlı otaqda qaldığımı kim görüb? Gecə vaxtı yatdığım otağa girərək uşağın yanında çıx get evdən, deyib məni döyməsini kim bilir? Danışmaq çox asan bir şeydir. Sadəcə deyə bilərəm ki, mən yaşadıqlarımı heç kəsə arzu etmirəm. Mənim övladım dünyaya gələndə o, heç bir xəstəxana xərclərini qarşılamadı. Ailəsi də, o da bizim elə uşağımız yoxdur deyərək, bir dəfə maraqlanmadılar. Atası dəfələrlə dedi ki, get, öldür, türməyə gir. Sonra da 30 000-40 000 min verib canını qurtar dedi. Bacısının təhqiredici mesajları qalıb. Bir dəfə polisə yığanda anası saçımdan tutub məni divara itələdi. Bunların günahkarı kimdir?".

Nicat Azadlının fikirlərini dərc etməyə hazırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 966

Oxşar yazılar