Itır Esen  Parisdə meneceri ilə evləndi
19 sentyabr 2026 22:44 (UTC +04:00)

Itır Esen Parisdə meneceri ilə evləndi

0

 

Türkiyəli aktrisa və model Itır Esen meneceri Engin Aykanatla ailə qurub.

Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

Cütlük sentyabrın 6-da ailə arasında keçirilən sadə mərasimdə nişanlanmışdı. Onların nişan üzüklərini aktyor Çağatay Ulusoy taxmışdı.

Itır Esen və Engin Aykanat nikah üçün Parisi seçiblər. Aktrisa toy fotolarını sosial şəbəkədə yayımlayıb, Devrim Özkan, Bensu Soral və digər məşhurlar cütlüyü təbrik ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar