“Eurovision” öncəsi təqdimat Amsterdamda olacaq
02 fevral 2013 03:48 (UTC +04:00)

“Eurovision” öncəsi təqdimat Amsterdamda olacaq

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinin ənənəvi tanıtım tədbiri  Hollandiyada gerçəkləşdiriləcək.

 

Lent.az-ın məlumatına görə, 5-ci ildir keçirilən tədbirə bu dəfə də Amsterdam ev sahibliyi edəcək. Aprelin 13-də keçirilməsi planlaşdırılan tədbirdə builki “Eurovision” təmsilçilərilərinin iştirak edəcəyi gözlənilir.  

 

Proqam və konsertdən ibarət olan 2 hissəli ənənəvi mərasim Amsterdamın mərkəzində yerləşən və şəhərin ən populyar musiqi məkanlarından biri, Melkveqdə keçiriləcək. Konsertin aparıcıları Niderlandın “Eurovision-1999” və “Eurovision-2000” iştirakçıları, Marleyn Sahupala və Linda Vagenmakerzdir.  

 

Qeyd edək ki, Fransa, İsveçrə, Makedoniya, Belarus bu tədbirdə iştirakını artıq təsdiqləyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar