Dünən “Qrup № 1” ATV kanalında yaddaqalan bir proqramla izləyicilərin qarşısına çıxıb. Lent. az-ın məlumatına görə, proqramda bu dəfə “Shadow” qrupu ilə “Kral” qrupu yarışıb. Verilişin bu həftə münsif qonağı xalq artisti Aygün Kazımova və skripkaçı Maestro Ceyhun olub.
1 Aprel- gülüş gününə təsadüf edən proqram “Şəmi” və “Şöşü” çıxışı ilə ilə start götürüb. Daha sonra layihə iştirakçıları və qrupları arasındakı qalmaqalların yaşandığı səhnəcikdə maraqlı dialoqlar yer alıb. Amma hər həftə qalmaqalların əksik olmadığı proqrama bu həftə “Shadow” qrupunun 15 yaşlı solisti Kübranın göz yaşları yekun vurub. İştirakçının səhnədəki hərəkətlərini “şit” adlandıran münsif Asif Kərimov və Aygün Kazımovanın fikirlərindən sonra Kübra kövrəlib və göz yaşlarını saxlaya bilməyib. Kübra və onun qrupu bu həftə uduzub. “Kral” qrupu qalib gəlib.
Həftənin toxunulmazı “M-life” qrupu seçilib. Ən az xal toplayan və duelə qalan qrup isə Ceyhun İsmayılovun rəhbərlik etdiyi “Şanson”olub . Onlar isə bu həftə duelə “No-fakes” qrupunu çağırıblar.
Hər həftənin bazar ertəsi, saat 21-30-da ATV- də “Qrup № 1” izləməyi unutmayın.
Qeyd edək ki, “Qrup № 1” in informasiya dəstəkçisi Lent. az-dır.