Müğənnilərin Yeni il  səhnə qiymətləri   əl yandırır - Gecəsi  845 min manat
11 noyabr 2026 19:59 (UTC +04:00)

Müğənnilərin Yeni il səhnə qiymətləri əl yandırır - Gecəsi 845 min manat

0

2027-ci ili səhnədə qarşılamağa hazırlaşan məşhurların Yeni il gecəsi üçün alacaqları qonorarların milyonlarla lirəyə çatdığı iddia olunur. Kiprdən İstanbula, Antalyadan Afyonkarahisara qədər müxtəlif şəhərlərdə konsert verəcək sənətçilər arasında ən yüksək qonorarın Ebru Gündeş, Kenan Doğulu və Mahsun Kırmızıgülə çatacağı bildirilir.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, yeni ilə az qalmış sənətçilərin proqramları və konsert razılaşmaları dəqiqləşməyə başlayıb. Dekabrın 31-də səhnəyə çıxacaq məşhurların bir gecəlik qonorarları diqqət çəkib.

İki saatlıq konsertə görə 25 milyon lirə alacaqları iddia olunur

Yeni il gecəsi Şimali Kipr Türk Cümhuriyyətində müxtəlif  hotellərdə çıxış edəcək Ebru Gündeş, Kenan Doğulu və Mahsun Kırmızıgülün hər birinin iki saatlıq konsertə görə 25 milyon Türkiyə lirəsi alacağı iddia olunur. Müğənnilərin hər mahnı üçün təxminən 1 milyon lirə qazanacağı bildirilir.

Ebru Gündeş: 25 milyon lirə - təxminən 845 min manat (Kipr)

Kenan Doğulu: 25 milyon lirə - təxminən 845 min manat (Kipr)

Mahsun Kırmızıgül: 25 milyon lirə - təxminən 845 min manat (Kipr)

Hadise: 22 milyon 600 min lirə - təxminən 763 min 880 manat (Kipr)

Yıldız Tilbe: 22 milyon 600 min lirə - təxminən 763 min 880 manat (Kipr)

Edis: 20 milyon lirə - təxminən 676 min manat (İstanbul)

Hande Yener: 20 milyon lirə - təxminən 676 min manat (Kipr)

Gülşen: 20 milyon lirə - təxminən 676 min manat (Kipr)

Bülent Ersoy: 15 milyon lirə - təxminən 507 min manat (Batum)

Özcan Deniz: 15 milyon lirə - təxminən 507 min manat (Kipr)

Sibel Can: 15 milyon lirə - təxminən 507 min manat (Kipr)

Funda Arar: 12 milyon 500 min lirə - təxminən 422 min 500 manat (İstanbul)

Sıla Gençoğlu: 12 milyon 500 min lirə - təxminən 422 min 500 manat (Antalya)

Candan Erçetin: 12 milyon 500 min lirə - təxminən 422 min 500 manat (Kipr)

Melek Mosso: 10 milyon lirə - təxminən 338 min manat (Kipr)

Hakan Altun: 10 milyon lirə - təxminən 338 min manat (Afyon)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar