Aygün Kazımova Namiqi ad günündə görmək istəmir
22 yanvar 2014 11:00 (UTC +04:00)

Aygün Kazımova Namiqi ad günündə görmək istəmir

Aygün Kazımova ad gününə hazırlaşır.  Lent.az-ın məlumatına görə, xalq artisti xoş gününə bir çox sənət adamlarını dəvət etməyib.  Bunların arasında bir zaman sevgili olduğu Namiq Qaraçuxurlu da var. Bu məlumatı prodüser Tolik (Tarix Əliyev) “10-lar” verilişində deyib: “Aygün xanımın ad gününə çox gözəl ssenari hazırlanır. Həmin gecədə şou əhli çox fərqli olacaq. Şou-biznesin bir çox simaları gecəyə dəvətlidir. Bunlar İlhamə Quliyeva, Faiq Ağayev, Sevda Yahyayeva və digər tanınmışlardır. Aygün xanıma dedim ki, Namiq Qaraçuxurlunu da ad gününə dəvət edək. Amma o mənə dedi ki, onu doğum günümdə hansı obrazda görürsən? Buna görə də düşündük ki, çağırmayaq”.

 

Qeyd edək ki, müğənninin ad günü yanvarın 27-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3053

Oxşar yazılar