Məşhurların səhər vərdişləri onların həyat tərzi qədər maraq doğurur. Kimisi günə klassik qəhvə ilə başlayır, kimisi isə limonlu, sirkəli su kimi içkilərə üstünlük verir.
Lent.az dünyaca məşhur simaların səhərlər hansı içkilərlə günə başladığını təqdim edir.
Cennifer Eniston günə bir stəkan ilıq limonlu su ilə başlamağa üstünlük verir. Bu içki onun uzun illərdir davam etdirdiyi səhər rutinlərindən biridir.
Viktoriya Bekhem isə daha fərqli seçim edir. Keçmiş "Spice Girls" üzvü səhərlər içdiyi suya alma sirkəsi əlavə edir.
Bella Hadidin favorit içkisi matçadır. Toz halında yaşıl çaydan hazırlanan bu içki modelin gündəlik menyusunda qəhvəyə alternativ kimi yer alır.
Qvinet Peltrou adi qəhvə əvəzinə göbələk ekstraktları əlavə edilmiş qəhvəyə üstünlük verir. Belə içkilərin tərkibinə qəhvə ilə yanaşı çaqa kimi göbələklərdən hazırlanan toz ekstraktlar da əlavə edilir.
Heyli Biber isə smuziləri sevir. Model hətta bir müddət əvvəl məşhur supermarket şəbəkələrindən biri ilə birlikdə öz smuzi içkisini də təqdim etmişdi.
Rozi Hantinqton-Uaytli səhərlər yaşıl tərəvəz və meyvə şirələrinə üstünlük verir. Modelin sevimli içkilərindən biri kərəviz, alma və xiyardan hazırlanır.
Beləliklə, məşhurların səhər seçimləri klassik limonlu sudan matçaya və qeyri-adi göbələkli qəhvəyə qədər dəyişir.