İlhamə Quliyeva- Nazpəri Dostəliyeva qarşıdurması: məhkəmə təxirə salınıb
05 aprel 2013 20:31 (UTC +04:00)

İlhamə Quliyeva- Nazpəri Dostəliyeva qarşıdurması: məhkəmə təxirə salınıb

 

Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq prosesi təxirə salınaraq aprel ayının 9-na təyin edilib. Bu barədə APA-ya İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. Vəkil bildirib ki, qarşı tərəf məhkəmə prosesində iştirak etmədiyinə görə məhkəmə təxirə salınıb.

 

N. Dostəliyevanın vəkili Yunus Vəliyev isə onlara məhkəmənin tarixi barədə məlumat verilmədiyini söyləyib. O, lazımi sənədləri toplayıb qarşı tərəfi məhkəməyə verməyə hazırlaşdıqlarını da açıqlayıb.   

 

Qeyd edək ki, bir müddətdir xalq  artistləri arasında qalmaqal yaşanır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315

Oxşar yazılar