Göbəyini oynatdığı rəqs videoları ilə dünya miqyasında məşhurlaşan internet fenomeni Yasin Cengiz bu dəfə xəstəxanada görüntülənib.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda onun xəstəxanaya əlil arabasında aparıldığı görünür. Cengizin artıq çəkisi səbəbindən hərəkət etməkdə çətinlik çəkdiyi iddia olunur.
Bununla belə, onun xəstəxanaya müraciət etməsinin səbəbi və sağlamlıq vəziyyəti ilə bağlı təfərrüatlar hələlik təsdiqlənməyib.
Qeyd edək ki, Yasin Cengiz “Biser King”in “Dom Dom Yes Yes” (“Skibidi Dop Dop”) mahnısının sədaları altında etdiyi göbək rəqsi ilə dünya şöhrəti qazanıb.

