İlhamə Quliyeva Nazpəridən 700 min manat istəyir - QALAMAQAL
09 sentyabr 2013 17:36 (UTC +04:00)

İlhamə Quliyeva Nazpəridən 700 min manat istəyir - QALAMAQAL

Nazpəri Dostəliyeva: “Qəbələdəyəm, sabah gəlirəm”

 

Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəmə çəkişməsinin növbəti “raundunun” vaxtı bəlli olub. Birincinin şikayəti əsasında keçiriləcək məhkəmə prosesi oktyabrın 4-ə təyin edilib. Lent.az-ın məlumatına görə, bu barədə “aznews”a İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. 

Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevaya qarşı açdığı dava ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb. Məhz bu səbəbdən də xalq artisti Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Sənətkar N.Dostəliyevaya qarşı açdığı davada 50 min manat cərimə ilə razılaşmır. Bundan əlavə İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb qoyub. 

 

 

Bu məsələ ilə bağlı Lent.az-ın əməkdaşı xalq artisti Nazpəri Dostəliyeva ilə əlaqə saxlayıb. İfaçı da yazılanlardan xəbərsiz olduğunu söylədi: “Hazırda Qəbələdə istirahətdəyəm. Heç nədən xəbərim yoxdur. Bir gün sonra, Bakıya dönəcəm”.

# 2315
avatar

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50