Göz qapaqlarındakı bu əlamət infarkt riskinin göstəricisidir
14 sentyabr 2026 03:49 (UTC +04:00)

Göz qapaqlarındakı bu əlamət infarkt riskinin göstəricisidir

0

ABŞ-ın Stanford Universitetinin alimlərinin də iştirak etdiyi araşdırmada ksantelazma adlanan bu sarı yağ yığıntıları ilə ürək-damar xəstəlikləri arasındakı əlaqə araşdırılıb.

Lent.az xəbər verir ki, tədqiqatda 17925 nəfərdən ibarət iki qrup 10 ilədək izlənilib.

Nəticələrə görə, göz qapaqlarında bu ləkələr olan şəxslərdə infarkt, insult və keçici işemik tutma riski olmayanlarla müqayisədə təxminən 3 dəfə yüksək olub.

Alimlər bildiriblər ki, ksantelazma birbaşa infarkt və ya insulta səbəb olmur, lakin ürək-damar xəstəlikləri riskinin klinik göstəricisi kimi qiymətləndirilə bilər.

Mütəxəssislər belə ləkələri olan şəxslərə xolesterin və qan təzyiqi ilə yanaşı, ümumi ürək-damar risklərini də yoxlatmağı tövsiyə edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar