Nazir ərini xəyanətdə suçlayan qadın ölüb
18 yanvar 2014 06:04 (UTC +04:00)

Nazir ərini xəyanətdə suçlayan qadın ölüb

Hindistanın insan resurslarının inkişafı naziri Şaşi Txarurun həyat yoldaşı Sunanda Puşkarın cəsədi aşkarlanıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir gün öncə o, ərini xəyanətdə suçlayaraq, məşuqəsi ilə yazışmasını açıqlamışdı.

 

Yerli KİV bildirib ki, S.Puşkarın cəsədi Nyu-Dehlidə mehmanxanalardan birində aşkar edilib.

 

Mənbə xatırladıb ki, əvvəlcə nazirin xanımı bu məlumatı «Facebook» səhifəsində paylaşdığını təsdiqləyib, ancaq sonradan oradakı məlumat pozulub və o, nikahından məmnun olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2285

Oxşar yazılar