Türkiyənin tanınmış müğənnisi Nilüfər konsertini təxirə salıb. Konsert öncəsi salon işçisinin afişa asdığı yerdən yıxılıb dünyasını dəyişməsi buna səbəb olub. Lent. az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, sənətçi bu itki ilə əlaqədar dünyasını dəyişmiş şəxsin yaxınlarına baş sağlığı verib.