Rəqsanənin qızı anasının ərindən danışdı
12 sentyabr 2013 17:14 (UTC +04:00)

Rəqsanənin qızı anasının ərindən danışdı

Müğənni Rəqsanənin qızı Aysun "Qafqazinfo"ya müsahibə verib: 
 

 

- Bilirik ki, oktyabrda hazırladığın geyimləri nümayiş etdirəcəksən. Dəfiləyə necə hazırlaşırsan?

 

- Oktyabrın ortasında “partlayış” edəcəm (Gülür). Hazırladığım dəfilə kimi Azərbaycanda dəfilə olmayıb. Bu işdə iddialıyam. Hər kəs 10-15 paltar sərgiləyir və dəfilələri bitir. Heç bir fərqlilik, qeyri-adilik görmürəm. Mən 80-a yaxın paltar nümayiş etdirəcəm. Onların içərisində çimərlik geyimləri, uşaq, kişi, qadın geyimləri var. Hamilə qadınlar üçün maraqlı, qeyri-adi paltarlar hazırlamşam. Moskvada artıq dərzilər paltarları tikir. Tezliklə mənim işimin şahidi olacaqsınız. 

 

- Haqqında tez-tez söz-söhbətlər, şayiələr gəzir. Bunları eşidəndə hansı hisləri keçirirsən? 

 

- Mən şayiələrə fikir vermirəm, özləri üçün danışırlar. Həmişə məşhur insanların övladları haqqında danışır, onları müzakirə edirlər. Amma mənim vecimə deyil, ömür boyu danışacaqlar. Onlara ancaq deyə bilərəm ki, özlərini yormasınlar. 

 

- Əsasən müğənni uşaqları valideynlərinin sənətinə maraq göstərirlər. Səndə necə müğənniliyə həvəs varmı?

 

- Mən anamın çəkdiyi əziyyətləri, yaşadığı problemləri görmüşəm. Ona görə heç vaxt müğənni olmaq istəməmişəm. Ümumiyyətlə şou-biznesə qatılmaq istəmirəm və qatılmayacam. Mən əsl iş qadını olmaq istəyirəm, ona görə modelyerliyi seçmişəm və sənətimlə sevə-sevə məşğul oluram.

- Gələcək planların haqqında nələr deyə bilərsən?

 

- Kooperasiya texnikumuna daxil olmuşam. İki il sonra oranın universitetinə sənət verəcəm və ali təhsilli dizayner olacam. İstəyirəm ki, dəfilədən sonra mağazam olsun və orada xanımlara dəbləri, yeni modelləri təqdim edim, insanlarla əlaqə qurum, onlar mənim hazırladığım paltarları geyinsin. Məni Aysun olaraq tanısınlar, desinlər ki, filankəs Aysunun paltarından geyinmişdi. Bu sahədə brend olacam. Kimsə məni özünə rəqib görə bilər, mən heç kimi özümə rəqib görmürəm.

 

- Rəqsanə təzə ailə qurub. Atalığınla münasibətin necədir?

 

- Anamın yoldaşı mənim üçün əsl atadır. Mən bu yaşıma kimi ata qayğısı görməmişəm. Amma indi mən ata nəvazişi, sevgisi görürəm. Yaxşı ki o, bizim həyatımızda var, ümid edirəm ki, həmişə bizim yanımızda olacaq.

 

# 2655
avatar

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50