Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin qızı olub .
Lent. az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, müğənninin həyat yoldaşı Ayşegül Yıldız dünən gecə saatlarında qızları Elif Adanı dünyaya gətirib.
Dünən Urfadan dönən İbrahim Tatlısəs həyat yoldaşını xəstəxanada tək qoymayıb. Çəkisi 3 kq 715 qr olan körpə keysəriyyə üsulu ilə doğulub.