Alimlər sirli radiopartlayışın  mənbəyini tapdılar
28 avqust 2025 11:14 (UTC +04:00)

Alimlər sirli radiopartlayışın mənbəyini tapdılar

Alimlər kosmosun dərinliklərindən gələn güclü sürətli radiopartlayışın (FRB) mənbəyini müəyyən ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, bu siqnal bizdən 130 milyon işıq ili uzaqda yerləşən NGC 4141 qalaktikasından gəlib.

FRB nədir?

FRB-lər cəmi millisaniyələr davam edən, amma nəhəng enerji daşıyan radiodalğa partlayışlarıdır. Onlar adətən maqnetarların — fövqəlsıx və güclü maqnit sahəsinə malik neytron ulduzlarının fəaliyyəti ilə əlaqələndirilir.

Yeni kəşf

2025-ci ilin martında aşkar edilən FRB 20250316A (RBFLOAT) ilk dəfə olaraq qonşu qalaktikada dəqiq izlənilib. Kanadanın CHIME radioteleskopu və Ceyms Uebb Kosmik Teleskopu (JWST) sayəsində alimlər siqnalın gəldiyi kiçik sahəni müəyyənləşdiriblər. Həmin yerdə zəif infraqırmızı obyekt (NIR-1) müşahidə olunub.

Ehtimallar:

NIR-1 ömrünün son mərhələsində olan qırmızı nəhəng və onun yanında gizlənən maqnetar ola bilər.

FRB gənc massiv ulduzlar arasında yaranmış maqnetardan qaynaqlana bilər.

İnfraqırmızı işıq ulduz yox, sadəcə partlayışın “echo”su ola bilər.

Əhəmiyyəti:

Alimlər bildirirlər ki, FRB-ləri bu dəqiqliklə izləmək kosmosdakı fövqəladə hadisələri daha yaxşı anlamağa imkan verəcək. FRB-lər bir göz qırpımında yox olan, amma bütöv bir şəhərin enerjisinə bərabər gücə sahib “görünməz siqnallar” kimidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar