Dünyanın  ən bahalı vizit kartı  – Bu qiymətə SATILDI
28 mart 2024 13:37 (UTC +04:00)

Dünyanın ən bahalı vizit kartı – Bu qiymətə SATILDI

“Apple” şirkətinin həmtəsisçisi və keçmiş baş direktoru Stiv Cobsun imzaladığı nadir şirkət vizit kartı hərracda 181183 dollara satılaraq yeni rekord vurub.

Lent.az xəbər verir ki, bir neçə gün əvvəl hərrac hələ də davam edərkən qiymətin 53 594 dollara çatdığı bildirilsə də, sonda məbləğin xeyli yüksək olduğu üzə çıxıb.

Hərrac evinin məlumatına görə, vizit kartı 1983-cü ilə aiddir və tanınmış qiymətləndirmə xidməti PSA tərəfindən təsdiq edilib. Kartda “Apple”ın köhnə altı rəngli loqosu, eləcə də şirkətin keçmiş ünvanı var – “10495 Bandley Drive, Cupertino, California”.

Həmçinin, Stiv Cobs “Apple”ın direktorlar şurasının sədri kimi qeyd olunub.

Mütəxəssislər bu hərracın imzalanmış vizit kartlarının satış qiyməti üzrə yeni rekorda imza atdığını təsdiqləyiblər.

Cobs 2011-ci ildə 56 yaşında vəfat edib. Bütün karyerası boyu o, avtoqraf verməkdən çəkinib. Buna görə də onun imzası olan əşyalar çox vaxt yüksək məbləğə satılır. Keçən il Cobsun imzaladığı çek hərracda 100 min dollardan çox qiymətə satılmışdı.


 

# 2043
avatar

Sevinc Fərid

Oxşar yazılar