Türkiyənin Ədirnə şəhərində keçirilən festivalda Türkiyənin ən böyük qazanında bişmiş rekord altı ton düyü vətəndaşlara təqdim edilib.
Lent.az xəbər verir ki, Ədirnədə təşkil edilən “Canlı irs festivalı” çərçivəsində 6 ton düyü bişirilib.
Nəhəng qazanda bişmiş düyü vətəndaşlara təqdim edilib. İnsanlar düyü almaq üçün uzun növbələr yaradıblar.
Qeyd edək ki, Türkiyə düyü istehsalının yarısı məhz bu vilayətdə baş tutur.