Günəşdə  ikinci böyük ləkə  aşkarlanıb – Qasırğaya səbəb ola bilər
29 mart 2023 19:33 (UTC +04:00)

Günəşdə ikinci böyük ləkə aşkarlanıb – Qasırğaya səbəb ola bilər

Son bir həftədə Günəşdə ikinci böyük qaranlıq ləkə aşkarlanıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 1-də bu dəlikdən Yerə tac kütlələrinin çatacağı gözlənilir.  

Məlumata görə, bu da güclü geomaqnit qasırğalarına səbəb ola bilər. Həmçinin, dəliyin ekvatorda yerləşməsi qasırğanın daha ağır olmasına gətirib çıxarır. 

“Bu dəliyin ekvatorda yerləşməsi mərkəzi meridiandan kənara çıxan kimi tac kütlələrinin Yerə çatacağına işarədir. Bu həftənin cümə günündən şənbəyə keçən gecə həmin tac dəliyindən sürətli küləyin Yerə daxil olmasını gözləyirdik”, - kosmik fizika və iqlim üzrə dosent Daniel Verşaren deyib. 

Qeyd edək ki, müşahidə olan dəliyin birincisindən kiçik olduğu bildirilir. Belə ki, onun diametrinin 20 km-dir. 


 

# 1719
avatar

Sevinc Fərid

Oxşar yazılar