Heç kimin getmədiyi QORXUNC ADA
11 aprel 2024 16:48 (UTC +04:00)

Heç kimin getmədiyi QORXUNC ADA

Əslində, dünyada bir neçə olduqca təhlükəli ada var ki, həmin yerlərə səyahət etmək qadağandır. Çox vaxt bu, yalnız təhlükəsizlik ilə deyil, həm də qanunvericilik səviyyəsində öz əksini tapır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ilanların insan həyatı üçün təhlükə olduğunu bilirsiniz. Ancaq bəzi növlər digərlərindən daha təhlükəlidir.

Queimada Qrande adasında planetdə rastlaşacağınız ən ölümcül ilanlardan bəziləri var. Əgər kimsə bu məxluq tərəfindən hücuma məruz qalsa, ölüm ehtimalı son dərəcə yüksək olacaq.

Məsələ burasındadır ki, bu cür ilanların zəhəri tez hərəkət edir. Adada bu ilanların sayı çox yüksək olduğundan, nəinki bu əraziyə baş çəkmək, hətta yaxınlıqda balıq tutmaq və ya üzmək mümkün deyil.

Qeyd edək ki, coğrafi baxımdan Queimada Qrande Braziliyaya aiddir.

# 3360
avatar

Arzu Qurbanlı

Oxşar yazılar