Bakı–Balakən–Bakı  qatarının hərəkəti bərpa olunur
30 oktyabr 2026 15:00 (UTC +04:00)

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur

0

Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti noyabrın 20-dən bərpa ediləcək.

Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə noyabrın 21-dən etibarən hərəkət edəcək.

Qeyd edək ki, sel hadisəsi nəticəsində zərər görmüş Qax–Zaqatala dəmir yolu xəttində aparılan təmir işləri ilə əlaqədar bu marşrut üzrə sərnişindaşıma xidməti müvəqqəti dayandırılmışdı. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 682

Oxşar yazılar