Konqresmendən açıqlama: "Yadplanetlilər okeanların dərinliklərində yaşayırlar"
19 sentyabr 2025 22:54 (UTC +04:00)

Konqresmendən açıqlama: "Yadplanetlilər okeanların dərinliklərində yaşayırlar"

0

ABŞ Nümayəndələr Palatasının üzvü konqresmen Tim Burçett yadplanetlilərin Yer üzündə yaşadığını iddia edərək onların okeanların dərinliklərindən çıxdığını deyib.

Lent.az xəbər verir ki, Burçett "Onlar minlərlə il əvvəl gəlmiş ola bilər, amma indi burada, dərin sulardadırlar", - deyə bildirib.

Konqresmen, Ayın səthi haqqında okeanlardan daha çox şey bilindiyini vurğulayaraq, beş və ya altı okean dərinliklərində qeyri-adi sayda naməlum obyektlərin göründüyünü iddia edib.

Qeyd edək ki, bu bəyanatlar keçən həftə ABŞ ordusunun "Naməlum Anomaliya Hadisələri" (UAP) ilə bağlı keçirilən Konqres dinləməsindən sonra verilib.

Xatırladaq ki, NUO iddiaları Vaşinqtonda yeni deyil və oxşar debatlar 1940-cı illərdən bəri Amerika siyasətində tez-tez baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar