Kriştiano Ronaldonun qızı ilə fotosu  hamını TƏƏCCÜBLƏNDİRDİ
06 oktyabr 2025 18:23 (UTC +04:00)

Kriştiano Ronaldonun qızı ilə fotosu hamını TƏƏCCÜBLƏNDİRDİ

0

Kriştiano Ronaldo kiçik qızı ilə çəkdirdiyi təsirli fotosu ilə “Instagram” pərəstişkarlarını valeh edib.

Futbolçu nişanlısı Corcina Rodriqesin hesabından şəklini yayımlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fotoda portuqaliyalı balaca qızını qucaqlayır və mehribanlıqla öpür. Fotoda Kriştiano həqiqətən qayğıkeş və mehriban ata kimi görünür.

Ronaldo beş uşaq böyüdür, onlardan ikisini Corcina - qızları Alana Martina və Bella Esmeralda – dünyaya gətirib. Onun böyük oğlu Kriştiano və surroqat analıq yolu ilə doğulan əkizləri Mateo və Eva var.

Hazırda 15 yaşı olan kiçik Kriştiano atasının yolunu davam etdirir və futbol oynayır. O, hazırda "Əl-Nəsr"in U-15 komandasında oynayır və artıq Portuqaliya millisinə həmin yaş qrupu üçün çağırılıb.

Ronaldo bu mövsüm "Əl-Nəsr"ın heyətində bütün turnirlərdə altı oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubu dörd oyundan sonra 12 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə başçılıq edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar